Hazırda cəsəd ekspertlər tərəfindən müayinə olunur Hazırda cəsəd ekspertlər tərəfindən müayinə olunur

18 yaşlı qızın ölümündə iranlı barmağı

Hazırda cəsəd ekspertlər tərəfindən müayinə olunur



Dünən Ramanı südçülük sovxozunda qadın meyidi tapılıb. Araşdırmalar nəticəsində məlum olub ki, Aydan adlı bu qızın 18 yaşı var və Zaqatala rayonunun sakinidir. O, südçülük sovxozunda yaşayan əslən iranlı olan Novruz adlı bir şəxslə qeyri-rəsmi yaşayıblar.

AzNews.az-a daxil olan məlumatda deyilir ki, təqribən 2 həftə öncə Novruz bir yerdə yaşadığı Aydanı döyərək kiyarə qaldıqları mənzildən çıxarıb. Uzun müddət kafelərdə ofisiantlıq etməklə çörəkpulu qazanan gənc qız Novruzun ona etdiyi basqılara görə, 2 həftə küçələrdə yaşamalı olub.

Məlumat üçün bildirək ki, hazırda cəsəd ekspertlər tərəfindən müayinə olunur. Sabunçu rayon prokurorluğu tərəfindən ARCM-nin 120 və 125-ci maddələri cinayət işi qaldırılacağı gözlənilir.

S. Xasmamedov
AzNews.az