22:44
(077) 610-22-33

Moskvalı multimilyoner sifarişlə güllələndi

  • >
195 22 Yanvar 2014 22:34 | Kriminal


AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, moskvaətrafı Korolyovada biznesmen Aleksandr Minayevin öldürülməsinin əsas motivi onun kommersiya fəaliyyəti ilə əlaqələndirilir. O "Yevroaziya" ticarət şəbəkəsinin sahibkarı olub.


Hücum bu gün yerli vaxtla 13.00 - da baş verib. Məqsəd yalnız sahibkarı öldürmək olub.
Minneev Zaqoryanka qəsəbəsindən Moskvaya Korolyovadan keçərək getmək istəyib. Sükan arxasında onun sürücüsü olub, biznesmen isə sərnişin yerində əyləşib.
Cinayətkarlar Kalaşnikov avtomatından düz Mineevin əyləşdiyi istiqamətə yan tərəfdən atəş açıblar. Otuza yaxın atəş açılsa da Mineyevin sürücüsü adi bir çapıq xəsarəti də almayıb.

Hadisə yerində kriminalistlər işləyiblər.

Məlumata görə Mineev son illər ağır boşanma prosesi yaşayıb. Biznesmen bir yerdə yaşadığı arvadı tərəfindən əmlakının böyük bir hissəsinə iddia ilə qarşılaşıb.
Onun əvvəlki arvadı hazırda İngiltərədə yaşayır.

Azər
AzNews.az

Bağla X