Serb generalına Kosovodakı cinayətlərinə görə 18 il həbs



AzNews.az KYGBT - nin (Keçmiş Yuqaslaviyaya görə Beynəlxalq Tribunal) saytına istinadən xəbər verir ki, bu gün tribunalın Apelyasiya palatası Serbiyanın daxili işlər nazirinin keçmiş köməkçisi Vlasyimir Corceviçin cinayət işi barəsində son qərarını açıqlayıb. Apelyasiya palatası tribunalın onun haqqında 2011 - ci ildə çıxardığı qərarı ayrı - ayrı detallar üzrə qismən yüngülləşdirməyi qərara alaraq ona təyin edilmiş 27 illik həbs qəti - imkan tədbirini 18 ilə endirib.

2011 - ci ildə KYGBT Corceviçi 1999 -cu ildə şəxsiyyətə qarşı cinayətkarlıqda, hərbi cinayətlərdə, xüsusilə albanların siyasi, etnik və dini təqibində, qətllərdə, deportasaiyalarda, zor tətbiqində təqsirli bilərək 27 il azadlıqdan məhrum etmişdi.

Apelyasiya palatası generalın Kosovodakı cinayətlərinə görə peşimançılıqla üzr istəməsini və bəzi arqumentlərini nəzərə alaraq bəzi punktlar üzrə - deportasiya və qətllərdə onu məsuliyyətdən azad edib. O cümlədən məhkəmə kosovo alban qadınlarına qarşı seksual zor tətbiq etmək məsuliyyətini də onun üzərindən götürüb.

Haaqa məhkəməsinin rusiyalı hakimi Bəxtiyar Tuzmuhəmmədov Apelyasiya palatasının ayrı - ayrı detallar üzrə arqumentlərini rədd edərək palatanın qərarı ilə razılaşmadığını bildirib.

Corceviç həbs edilib.

Əli
AzNews.az