İdmançının ölümünə görə tutulan azərbaycanlı iş adamı buraxıldı

Qardaşı və atası ilə əlbir olaraq ukraynalı idmançı Aleksandr Savkinin ölümündə ittiham olunan azərbaycanlı iş adamı Rüstəm Ağalarov 20 aylıq həbsdən sonra azadlığa buraxılıb.
Musavat.com-un vesti.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynadakı "Pravdoiskatel" nəşrinin redaktoru məlumat verib.

Məhkəmə zalından çıxan iş adamı öz xanımı İrina ilə qucaqlaşıb və azərbaycanlı vəkilinə minnətdarlıq edib. Lakin Çernovisk vilayətinin məhkəməsi ondan şəhərdən çıxmamaq barədə iltizam alıb. Məhkəmə işin təzədən istintaqa qaytarılması barədə qərar verib.

Ağalarovun sözlərinə görə, Savkindən təcili şəkildə borcu ödəməyi, həmçinin, borcdan daha böyük məbləğdə pul tələb ediblər. Onu tovlayaraq "Qraf malikanəsi" restoranının həyətindəki binalardan birinin girişinə çağırıb, girişi bağlayıblar. İki idmançı "borc"u geri almaq üçün onu zorla saxlayaraq valideynlərinə zəng edib pulla gəlmələrini tələb ediblər. Ağalarovlar yaralını xəstəxanaya çatdırsalar da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, məhkəmədə Azərbaycanın Ukraynadakı səfirliyinin 3-cü katibi Abbas Mustafayev də iştirak edib.



AzNews.az