“Qanuni oğru“ “sxodka”ya inkasator maşınında gəldi

Moskvada Ded Xasanın klanına daxil olan iki "qanuni oğru"nun saxlanılmasının təfərrüatları bəlli olub.


AzNews.az Rusiya mətbuatına istinadən bildirir ki, kafedə iki "qanuni oğru"nun saxlanıldığı toplantının məqsədi "sxodka" keçirmək olub.

Belə ki, "qanuni oğru"lar saxlanıldıqları kafedə "taclandırma" mərasimi keçiriməyə hazırlaşıblar. Bu dəfə onlar Alik Krosnodarskini öz sıralarına qəbul etməyə toplaşıblar.

Məlumata görə, Timur Sverdlovski "sxodka"ya icarəyə götürdüyü inkasator maşınında gəlib. Ded Xasanın qohumu olan Timur Mirzoyev polis basqını zamanı özünü pis hiss etdiyindən xəstəxanaya aparılıb.

Qeyd edək ki, Ded Xasanın qohumu Timur Mirzoyevlə yanaşı Racik Mehrəliyev də saxlanılıb. Mehrəliyev özünü polislərdən "qorumaq" üçün sentyabr ayından bağlı cibləri olan paltar geyinir.

Elnur
AzNews.az