17:13
(077) 610-22-33

Həyat yoldaşını doğradı

  • >
823 18 Avqust 2012 13:36 | Kriminal

Türkiyənin Ədrəmit şəhərində bir kişi, barışmaq təklifini qəbul etməyən həyat yoldaşını 8 yerindən bıçaqladı. İddiaya görə, bir müddət əvvəl əri evdə olmayan qadın uşaqlarını götürüb Muğladan Ədrəmitə atası evinə gəlir. İşdən qayıdan ər arvadını evdə görməyəndə cinnət keçirir. Uzun müddət dilə tutmadan sonra heç nəyə nail ola bilməyən kişi Ədrəmitə, qaynatasının yaşadığı evə gəlir.

Sadəcə bir-neçə kəlmə söz demək istədiyini bildirən ər arvadından yarım saatlıq şəhərdəki Şəhidlər parkına gəlməyı xahiş edir. Yoldaşı onun xahişini son dəfə yerinə yetirmək üçün adı çəkilən parka gəlir. Burada da geri dönməyə razılıq vermən həyat yoldaşını sözündən döndərməyin mümkün olmayacağını görən ər bıçağını çəkərək qadını səkkiz yerindən bıçaqlayır.

AzNews.az
Bağla X