“Ded Xasan”ın qohumu olan “qanuni oğru” öldü

Bir neçə gün əvvəl Moskva kafelərinin birində keçirilən "sxodka"da polis tərəfindən saxlanan və səhhəti pisləşdiyinə görə xəstəxanaya aparılan "qanuni oğru" Timur Mirzoyev vəfat edib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün Moskva şəhər xəstəxanasında baş verib.

57 yaşında dünyasını dəyişən T.Mirzoyevin ölümünün səbəbi hələlik tam açıqlanmır.

Bununla belə onun 2 gün əvvəl komaya düşdüyü bildirilir. Rusiya mafiyasının "xaç atası" hesab edilən və qətlə yetirilən Ded Xasanın yaxın qohumu olan T.Mirzoyev komadan çıxmayıb.

Elnur
AzNews.az