Bakıda gənc qadın evində bıçaqlandı

Bakının Binəqədi rayonunda gənc qadın evində bıçaqlanıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzNews.az-a verilən məlumata görə, hadisə yanvarın 30-da saat 21.00 radələrində baş verib.

Bıçaqlanan şəxs 28 yaşlı Arzu Əliyevadır.

Hadisə A. Əliyevanın yaşadığı Binəqədi qəsəbəsi "DSK-4" ünvanında qeydə alınıb. Qadın ağır vəziyyətdə xəstəxanaya gətirilib.

Binəqədi Rayon Polis İdarəsindən isə AzNews.az-a bildirlib ki, faktla bağlı istintaq aparılır.

Amid
AzNews.az