Ata və qızı bir-birini bıçaqladı

Nardaranda ata və qızı bir-birini bıçaqlayıb. AzNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 19-da Sabunçu rayonunun Nardaran qəsəbəsində yaşayanlar Günel Əhmədovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb, atası əvvəllər məhkum olunmuş Faiq Əhmədov isə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.


Sabunçu RPİ və Rayon Prokurorluğu tərəfindən fakt araşdırılarkən narkotik maddənin təsiri altında onlar arasında baş vermiş münaqişə zamanı, Günelin atasına bıçaqla xəsarət yetirməsi, sonradan isə Faiqin Güneli qətlə yetirməsi müəyyən edilib.


AzNews.az