13:37
(077) 610-22-33

Qızını öldürən Nardaran sakini xəstəxanadan qaçdı

  • >
773 23 Avqust 2012 16:09 | Kriminal

Azərbaycanda qızını qətlə yetirən şəxs xəstəxanadan qaçıb. Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, Nardaran qəsəbə sakini, 1966-cı il təvəllüdlü Faiq Əhmədov müalicə aldığı 3 saylı Şəhər Klinik Xəstəxanasından qaçıb. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, məlum hadisə avqustun 19-u gecə saat 02.30 radələrində Bakının Nardaran qəsəbəsində qeydə alınıb. Nardaran qəsəbə sakini, 1992-ci il təvəllüdlü Günel Əhmədovanın bıçaqlanaraq qətlə yetirilmiş meyiti yaşadığı ünvanda tapılıb. Onun atası, əvvəllər məhkum olunmuş, 1966-cı il təvəllüdlü Faiq Əhmədov isə bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, narkotik istifadəçiləri olan F. Əhmədovla qızı Günel arasında mübahisə düşüb. Yüksək narkotik təsirində olan qız atasına bıçaqla xəsarət yetirib. Daha sonra isə atası qızını bıçaqlayaraq öldürüb.Baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Aynur
AzNews.az
Bağla X