Məşhur jurnalisti çeçen killer öldürüb

Rusiyalı jurnalist Anna Politkovskayanın öldürülməsinin şahidlərindən biri qatili tanıyıb. ANS PRESS-in məlumatına görə, o, qatilin çeçen killer Rüstəm Mahmudov olduğunu deyib.

Şahid Oleq Qoluboviçin sözlərinə görə, o, ehtimal edilən qatili görüb və Nail kimi tanıdığı həmin oğlana silah verildiyini görüb.

Qoluboviç onda qətlin başqa iştirakçısının - Moskva polisinin əməliyyat-istintaq idarəsinin keçmiş başçısı Dmitri Pavlyuçenkovun sürücüsü işləyir. Hazırda Pavlyuçenkov Politkovskayanın qətlində iştiraka görə tutulub və 11 il həbs cəzası alıb.

Hazırda Qoluboviç Belarusdadır və məhkəməyə onun ifadəsinin lent yazısı təqdim edilib. Qoluboviç bildirib ki, əvvəllər ona görə ifadə verməyib ki, ittiham olunanların qisasından qorxub, yalnız ailəsini təhlükəsiz yerə keçirdikdən sonra doğrunu söyləyəməyə qərar verib.

Xatırladaq ki, "Novaya qazeta"nın şərhçisi Anna Politkovskaya 7 oktyabr 2006-cı il tarixdə yaşadığı binanın liftində tapança atəşi ilə öldürülmüşdü.


AzNews.az