Bakıda 26 yaşlı oğlan bıçaqlandı: o, xəstəxanaya getməkdən imtina etdi

Bu gün səhər saatlarında paytaxtda bıçaqlanma baş verib.

AzNews.az-ın əldə etdiyi məlumata görə, xəsarət alan 26 yaşlı Orxan Səmədov Nəsimi rayonunun 4 mikrorayon Mircəlal 36, mənzil 5 ünvanında yaşayır.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) hadisə ilə bağlı bildirilib ki, səhər saat 04:28-də bıçaq yarası alan şəxsin yaxınları tərəfindən onlara müraciət olunub.

Baş nahiyyəsindən və ayağının bud hissəsindən kəsilmiş-deşilmiş yarası alan gənc oğlan xəstəxanaya aparılmasından imtina edib. Buna görə də, xəsarət alan şəxsə yerindəcə tibbi yardım göstərilib.

Hazırda hadisə ilə bağlı Nəsimi rayonunun 19-cu polis bölməsi araşdırma aparır.

Amid
AzNews