Azərbaycanlı qanuni oğrular göyərti bazarında qan salacaq

Rusiyada göyərti bazarına nəzarət edən azərbaycanlı kriminal avtoritetlər arasında qarşıdurma yaranıb.

"Qafqazinfo" Rusiya KİV-nə istinadən xəbər verir ki, artıq uzun illərdir ki bu bazara nəzarət üstündə kriminal aləmdə gedən "müharibə" bazarın yerdəyişməsindən sonra yenidən canlanıb. Daha əvvəl Biryülovda "Pakrov" bazarında bu bizneslə məşğul olan avtoritetlər oradakı son qarşıdurmadan sonra Kunçevə köç ediblər. Son olaraq isə bazar Skolkova köçürülür.

Rövşən Lənkəranski tərəfindən nəzarət edilən göyərti biznesinin yeni ünvanı onun rəqibləri Lotu Qulinin klanı, həmçinin Yusif Bakinski və Rəşad Gəncəli ilə aralarında qarşıdurmaya gətirib çıxarıb. Hüquq mühafizə orqanlarından olan mənbə isə bildirib ki, qarşıdurma hələ silahların açılmasına qədər gəlib çatmayıb, lakin buna da az qalıb.

AzNews.az