19:51
(077) 610-22-33

Bakıda 40 yaşlı kişi bıçaqlandı

  • >
811 15 Mart 2014 09:03 | Kriminal



Bakıda 40 yaşlı kişinin bıcaqlanması ilə nəticələnən cinayət hadisəsi baş verib.

Pirallahı rayon Polis Şöbəsindən AzNews.az-a verilən məlumata görə, hadisə martın 14-də saat 20:00 radələrində rayonun Pirallahı qəsəbəsində törədilib. Nəticədə rayon sakini 40 yaşlı Mirməhəmməd Ömərov naməlum şəraitdə bıçaqlanıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə bildirib ki, hadisə ilə bağlı Stansiyaya saat 21:20-də bıçaqlanan şəxsin yaxınları tərəfindən məlumat verilib. O, ağır vəziyyətdə 3 saylı şəhər Kliniki Xəstaxanasına yerləşdirilib.

Amid
AzNews.az
Bağla X