10:13
(077) 610-22-33

Şəmkirdə qətl törədilib

  • >
837 15 Mart 2014 18:50 | Kriminal

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün rayonun Qapanlı kəndində qeydə alınıb. Kənd sakini - 1964-cü il təvəllüdlü Telman Əliyev münaqişə zəminində həmkəndilsi və qonşusu - 1953-cü il təvəllüdlü Fədail Qurbanov güllə ilə vuraraq öldürüb.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, Telman Əliyev saxlanılıb. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.


AzNews.az
Bağla X