18:32
(077) 610-22-33

İki qardaş bıçaqlandı: onlardan biri öldü

  • >
1 285 18 Mart 2014 09:39 | Kriminal

Bakıda dəhşətli qətl törədilib.

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə saat 01:00 radələrində "Atçılıq" yaşayış sahəsində qeydə alınıb.

Bakı şəhər sakini Nazim Mirzəəlizadə mübahisə zəminində Elşən və Samir Orucov qardaşlarını bıçaqlayıb. E.Orucov aldığı xəsarətdən hadisə yerindəcə keçinib. S.Orucov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən N.Mirzəəlizadə saxlanılıb.

Faktla bağlı Xəzər Rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (bir və daha artıq şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az
Bağla X