21:26
(077) 610-22-33

Saxta dərman hazırlayan şəxs tutuldu - VIDEO

  • >
1 534 20 Mart 2014 22:33 | Kriminal

Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməyən saxta dərman vasitələri hazırlayaraq satışını həyata keçirmək niyyətində olan şəxslər müəyyənləşdirilmiş, qabaqlayıcı tədbirlər nəticəsində saxta məhsulların aptek şəbəkələrində satışa çıxarılmasının qarşısı alınıb.

Ağsu rayon sakini 43 yaşlı ixtisasca əczaçı Gərayev Tofiq Ağababa oğlu dərman vasitələrinin tərkibi və hazırlanması barədə biliklərindən istifadə edərək ucuz qiymətə aldığı "no-şpa", "bromqeksin", "seftriakson" tərkibli, eləcə də mənşəyi məlum olmayan digər dərman vasitələrinin qutularını və etiketlərini dəyişdirib, həmin dərmanları Rusiya və Türkiyə istehsalı olan, bahalı dərman perepatları hazırlayaraq satışını təşkil etməyə cəhd göstərib.

Dərman vasitələrinin qutuları, etiketləri və içlik vərəqələri Göyçay rayonunda yaşayan 29 yaşlı Müzəffərov Polad Tofiq oğluna məxsus mətbəədə hazırlanaraq çap olunub. Çirkin əməllərini ört-basdır etmək məqsədilə Polad Müzəffərov dərman vasitələrinə aid mətbəə ləvazimatlarını yandırmağa çalışıb. Lakin hadisə yerinin müayinəsi zamanı saxta dərman vasitələrinin hazırlanmasına aid həmin mətbəə ləvazimatları - dozakl və plyonkalar aşkar edilərək götürülüb. Keçirilmiş baxış zamanı qanunsuz dərman vasitələrinin istehsalına dair çoxlu sayda, o cümlədən saxta dərman vasitələrinin nümunələri, habelə içərisində şəffaf maye olan etiketsiz 3 min 600 ampula, 10 minə yaxin dərman qutusu, bir o qədər sayda müxtəlif etiketlər və təlimatlar, həmçinin xüsusi avadanlıqlar və alətlər aşkarlanaraq maddi sübut kimi götürülüb və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə göndərilib. Hazırda saxta dərman vasitələrinin hazırlanmasında və satışının təşkilində şübhəli bilinən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.



AzNews.az
Bağla X