Müəllimlər İnstitutunda tələbə bıçaqlandı

Bu gün saat 11 radələrində Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında bıçaqlanma faktı baş verib.

Trend-in RTV-yə istinadən verdiyi məlumata görə, təhsil müəssisəsinin Vüqar adlı I kurs tələbəsi Salyandan olan Xalid adlı tələbəyə 3 bıçaq zərbəsi endirib.

Yaralı ağır vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

AzNews.az