07:12
(077) 610-22-33

Gəncədə evdən 7 min manat oğurlanıb

  • >
681 28 Mart 2014 19:07 | Kriminal

Gəncədə yaşayış evindən qızıl-zinət əşyaları oğurlanıb.

Kəpəz Rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini İlahə Məmmədova polisə ərizə ilə müraciət edərək bildirib ki, martın 24-27-də evdə olmadığı vaxt naməlum şəxs və ya şəxslər mənzilinin pəncərəsini sındıraraq içəridən ümumi dəyəri 7 min manat olan müxtəlif qızıl-zinət əşyalarını oğurlayıblar.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


AzNews.az
Bağla X