Qadın rəfiqəsini boğub öldürdü - VİDEO

Paytaxtın Binəqədi rayonunda qadın rəfiqəsini boğaraq qətlə yetirib. Bakı şəhər sakini 48 yaşlı Sevinc Hüseynova paytaxtın Binəqədi rayonu ərazisində Musabəyov küçəsi bina 6, mənzil 32 ünvanında yaşayan tanışı 43 yaşlı Yasəmən Salıyevanın mənzilinə gələrək onunla mübahisə edib.

Mübahisənin sonu isə qətillə nətiləcənib. Belə ki, Sevinc rəfiqəsi Yasəməni qadın corabı ilə boğaraq qətlə yetirib. Bündan sonra mənzili tərk edən Sevinc Hüseynova hadisənin səhəri günü Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə gələrək təslim olub. O, törətdiyi cinayəti etiraf edib. Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət baş verən ünvanda olublar. Hadisə yeri müayinə edilib. İstintaq araşdırmaları zamanı məlum olub ki, Yasəmən Salıyeva ilə qətlə yetirilən Sevinc Hüseynova yaxın rəfiqə olub və onlar hətta mütəmadi olaraq bir-birinin evinə qonaq gediblər. Hadisə baş verən gün isə Sevinc həmişə olduğu kimi rəfiqəsinin evinə gedib. Bu zaman qadınlar arasında mübahisə düşüb. Mübahisə zəminində Yasəmən başı ilə Sevincə kəllə atıb və onun ünvanına nalayiq ifadələr işlədib. Əsəbiləşən Sevinc evdəki qadın corabını götürərək rəfiqəsini boğub. Qonşular isə mərhumun sakit bir insan olduğunu və hadisədən sonradan xəbər tutduqlarını bildiriblər.

Digər məlumata görə Yasəmən Salıyeva Qarabağ müharibəsi iştirakçısı olub. 3-cü qrup əlil olan mərhum müharibədən sonra sürücülüklə məşğul olub. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Qətlin dəqiq baş vermə səbəbləri araşdırılır.



AzNews.az