10-cu sinif şagirdi qətlə yetirildi- Bakıda

Bakıda 16 yaşlı oğlan qətlə yetirilib.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Binəqədi şosesində qeydə alınıb.

Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Mobil Mehman oğlu Abdullayev bıçaq xəsarətləri alıb. M. Abdullayev ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Polisdən M. Abdullayevin 10-cu sinif şagirdi olduğu bildirilib.

Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparılır.

AzNews.az