İki qardaş bıçaqlandı- BAKIDA

Bakıda iki qardaş bıçaqlanıb.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Alqayıt Haqverdi oğlu Məmmədov və qardaşı 27 yaşlı Şahin naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Hər iki qardaş ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin tapılması istiqamətində iş aparılır.

AzNews.az