“Köhnə fayton“da 38 “qanunu oğru“ tutuldu - VİDEO

Moskva polisinin dünən axşam saatlarında şəhərdəki restoranların birində "qanuni oğru"ları həbs etməsi əməliyatının videogörüntüləri yayılıb.

ANS PRESS-in məlumatına görə, həbslər barədə bəzi təfərrüatlar da məlum olub. Əməliyat paytaxtın "Köhnə fayton" restoranında aparılıb. Əməliyyat keçirilməzdən qabaq polis restoranın ərazisini muhasirəyə alaraq paralel küçələrin də giriş-çıxışını bağlayıb. Polislərin basqınından sonra restoran binasından 38 "qanunu oğru" çıxıb. Həbs edilən 38 nəfər polis şöbəsinə aparılaraq burada yoxlamadan keçirilib. Oğruların barmaq izləri və onların digər cinayətlərdə iştirak edib-etməməsi yoxlanılıb. Axtarış zamanı üç nəfərin üzərində həşiş aşkar edilib. 8 nəfərinsə miqrasiya qanunlarının pozması məlum olub.

Qeyd edək ki, "Köhnə fayton" restoranının qabağında postsovet məkanında cinayət dünyasının ən tanınmış cinayətkarı "Ded Xasan" kimi tanınan 74 yaşlı Aslan Usoyan öldürülmüşdü.



AzNews.az