Bakıda kafedə bıçaqlanma

Bakıda kafedə bıçaqlanma hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 23-də Bakının Məhəmməd Hadi küçəsində yerləşən kafelərdən birində Bakı şəhər sakinləri Şamil Gülmətov İmamverdi Kərimov arasında münaqişə baş verib. Münaqişə nəticəsində Şamil Gülmətov İmamverdi Kərimova bıçaq xəsarətləri yetirib.

Ş.Gülmətov Xətai Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

AzNews.az