Ata “mavi” oğula 14 güllə vurdu

Türkiyənin Diyarbəkir əyalətində cinsi azlıq olduğu üçün ailəsinin təzyiqlərinə məhəl qoymayan 17 yaşında gənci atası 14 güllə vuraraq öldürüb. 17 yaşlı gənc ailəsinin ona qarşı olan təzyiqlərə dözməyərək dostunun evinə sığınıb.

Ancaq oğlanın atası öz qardaşı ilə birlikdə gəncin qaldığı evə gəlib və 14 güllə ilə onu qətlə yetirib. Ata cəsədi götürərək evdən uzaqlaşıb və onu yol kənarında boş bir sahəyə atıb.

Mavi oğlanın anası polisə şikayət edib. Bundan sonra öldürülən gəncin atası və əmisi həbs olunub.

Bahadur
AzNews.az