Keçmiş məhbus qətlə yetirildi

Bakıda qətl hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən AzNews.az-a verilən məlumata görə, Bakı sakini əvvəllər məhkum olunmuş Əlisöhbət Qasımov qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq yaraları ilə xəstəxanaya gətirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən İkram Yusufov tutulub.
Faktla bağlı araşdırma aparılır.

AzNews.az