Kişi arvadına 21 bıçaq zərbəsi vurdu

Kürdəmirdə kişi həyat yoldaşını 21 bıçaq zərbəsi vurub. 35 yaşlı Nizami Əsgərov həyat yoldaşı Gülşən Məmmədovanı tez-tez döyərək evdə qalmaqal salırmış.

G.Məmmədovanın anasının sözlərinə görə, işgəncəyə dözməyən qızı boşanmaq üçün məhkəməyə də müraciət edib. Hiddətlənən əri isə qadını öldürməyə təşəbbüs edib.

AzNews.az-ın verdiyi məlumatda bildirilir ki, Gülşən Məmmədova təcili yardımla Kürdəmir rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Bahadur
AzNews.az