Bakıda 13 yaşlı uşağa namaz öyrədib zorladılar - Şok qətl

AzNews.az ona qarşı seksual xarakterli hərəkətlər edən 33 yaşlı Bakı sakini İ. Abdullayevi qətlə yetirən 16 yaşlı Elnur Zamanovun (ad şərtidir) cinayət işi ilə bağlı yeni məlumatlar əldə edib. Belə ki, təkrar keçirilən məhkəmə-psixoloji ekspertizanın nəticəsi artıq hazırdır. Təkrar ekspertiza rəyi əvvəlki ekspertizanın rəyini təkrarlamayıb.

Belə ki, bundan əvvəl keçirilən kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizanın rəyində cinayəti tərədən zaman Elnur Zamanovun fizioloji affekt (güclü ruhi həyəcan) vəziyyətində olduğu bildirilsə də, ikinci ekspertizanın rəyi bunun əksini göstərib.

Beləliklə də yeniyetmənin əməlləri Cinayət Məcəlləsinin 122.1 maddəsinə tövsif edilməyib. Əgər yeniyetməyə 122.1 maddəsi (Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) ilə mühakimə olunarsa onu 3 ilədək müddətində azadlığın məhdudlaşdırılması və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. Lakin E.Zamanov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə mühakimə ediləcəyi təqdirdə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Hadisənin təfərrüatlarına gəlincə isə, yeniyetmə özündən 19 yaş böyük İ.Abdullayevlə hadisə baş verəndən 3 il əvvəl internet klubda tanış olub. İ.Abdullayev 13 yaşlı uşağa namaz qılmağı öyrədib, bu məqsədlə dini kitablar verib.

Beləliklə də uşağın özünün və ailəsinin etimadını qazanaraq daha sonra ona pul və hədiyyələr verməyə başlayıb. Tədricən uşaqla əlaqələri məhkəmlədən İ.Abdullayev oni şantajla hədələyərək zorlayıb.

Sonuncu dəfə bu il aprelin 11- də E.Zamanovu ailəsinə məxsus boş evə çağıran İ.Abdullayev seksual tələblərini yerinə yetirməyəcəyi təqdirdə E.Zamanovu mobil telefon vasitəsilə çəkdiyi kadrlarını internetdə yerləşdirməklə hədələyib. E.Zamanov bıçaqla İ.Abdullayevi yaralayaraq hadisə yerindən qaçıb. İş yoldaşları tərəfindən evdə yaralı halda aşkarlanan İ.Abdullayev Mərkəzi Klinik Xəstəxanada ölüb.

Aynur
AzNews.az