Gün ərzində 28 cinayət faktı qeydə alınıb Gün ərzində 28 cinayət faktı qeydə alınıb

Polis 12 nəfəri həbs edib

Gün ərzində 28 cinayət faktı qeydə alınıb



AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 28 cinayət faktı qeydə alınıb, onların da 16-sı "isti izlər"lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 12 nəfər tutulub.

Elxan
AzNews.az