Bakının Yasamal rayonunda ana və qızın intihar faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb. Bakının Yasamal rayonunda ana və qızın intihar faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.

Bakıda ana və qızın intiharı faktı ilə bağlı cinayət işi açıldı

Bakının Yasamal rayonunda ana və qızın intihar faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.



Bu barədə Trend-ə Yasamal rayon prokuroru Həsrət Pirməmmədov məlumat verib.

H.Pirməmmədov deyib ki, ölümün səbəblərini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertiza təyin edilib. İş üzrə istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, bu gün səhər saat 09:00 radələrində Yeni Yasamal 2, ev 10 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Aytac Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər.

Prokuror bildirib ki, Aytac Fərzəliyeva intihar etməzdən əvvəl məktub yazıb. O, məktubunda: "Bağışlayın, özümü öldürürəm" sözlərini qeyd edib. Onun dalınca anası özünü atıb.

AzNews.az