- Köhnə - Kriminal
- 13 Avqust 2014 14:43
- 2 778
Bakıda bir gündə 75 cinayət faktı qeydə alındı
Gün ərzində 75 cinayət faktı qeydə alınıb
AzNews.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 75 cinayət faktı qeydə alınmış, onların da 36-sı "isti izlər"lə açııb.
• Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
• Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 5 nəfər yaralanıb.
• Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.
• Cinayət törətdiklərinə görə 32 nəfər tutulub.
AzNews.az