08:01
(077) 610-22-33

Polis şöbəsində müdhiş olay: tutulan şəxs öldü

  • >
2 075 19 Avqust 2014 09:57 | Kriminal

Sabirabad Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.

Şöbədə saxlanılan 61 yaşlı Məhərrəm Abbasov qəfildən dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında faktı təsdiqləyib. Bildirib ki, Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə təqsirləndirilən şəxs qismində Polis Şöbəsinin Müvəqqəti Saxlanma Yerində saxlanılan, 1953-cü il təvəllüdlü Məhərrəm Abbasovun səhhəti kəskin pisləşib. Kəskin ürək ağrıları ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M. Abbasov infarktdan dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az
Bağla X