09:41
(077) 610-22-33

Bir nəfər vəhhabi Bakıda iki gənci bıçaqladı - “Bismillah” sözünə görə

  • >
1 960 19 Avqust 2014 11:12 | Kriminal

Bakıda vəhhabi bir söz üstündə iki nəfərin qanını axıdıb. Gənclərin "Bismillah" kəlməsi ağızlarında qalıb.

AzNews.az-ı milli.az-a istinadən verdiyi məlumata görə, dünən saat 21:00 radələrində Qara Qarayev prospektində, metronun "Neftçilər" stansiyasının yaxınlığında qanlı hadisə olub.

Sərnişin avtobusunda 24 yaşlı Hilal Bedjanov və 21 yaşlı Xəyal Bayramovun digər bir sərnişinlə "Bismillah" sözü üstündə mübahisəsi düşüb. Vəhhabi olan saqqallı bir şəxs həmin gənclərə əsəbləşərək avtobusdan düşürüb. Elə küçənin ortasında hər ikisinə bıçaqla zərbə vuraraq qaçıb.

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

AzNews.az
Bağla X