Azərbaycanda iki aylıq körpənin oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb. Azərbaycanda iki aylıq körpənin oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb.

Sumqayıtda oğurlanan körpəylə bağlı cinayət işi başlandı

Azərbaycanda iki aylıq körpənin oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb.


Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Məlumata görə, fakta görə Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Polisdən həmçinin bildirilib ki, hələlik uşağı oğurlayan qadının şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Həmin qadının tapılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb.

Uşağın valideynləri körpəni oğurlayan qadın haqqında məlumatı olan və bu barədə polisə məlumat verən şəxslərə yüksək məbləğdə pul mükafatı vəd ediblər.

Uşağı və ya qadını görənlərdən Sumqayıt şəhər Polis İdarəsinin (018) 654-02-02 və ya (070) 510-22-50 nömrələrinə məlumat vermələri xahiş olunur.

Məlumat verən şəxsin anonimliyi qorunacaq.

AzNews.az