11:52
(077) 610-22-33

Telefon, qızıl və pul oğruları tutuldu – Əməliyyat

  • >
1 124 27 Avqust 2014 11:00 | Kriminal

Bakıda telefon, qızıl, Sumqayıtda və Abşeronda pul oğruları tutulub.



AzNews.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qorqud İbrahimovun mobil telefonunu soyğunçuluq yolu ilə almış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Tağıyev tutulub. Həmçinin Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də Cəmilə Əhmədovanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə almış Xırdalan şəhər sakini Faiq Əsədullayev saxlanılıb.

Digər oğurluq hadisəsi ilə saxlanılan şəxslər Sumqayıt və Abşeron rayonlarında olub. Belə ki, avqustun 23-nə keçən gecə Sumqayıt şəhərində şəhər sakini Ceyhun Şirəliyevə məxsus aptekdən qapını sındırmaq yolu ilə 4800 manat oğurlayıb. Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Bayramov tutulub.

Həmçinin avqustun 26-na keçən gecə Abşeron rayonunun Fatmayı kəndində kənd sakini Mürvət Abbasova məxsus mağazadan pəncərədən girmək yolu ilə 90 manat oğurlayan Mehdiabad qəsəbə sakini Murad Novruzov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 11-də Namiq Əliyevə məxsus mağazadan 3000 manat oğurlaması da müəyyən edilib.

AzNews.az
Bağla X