Törətdikləri cinayətə görə 24 nəfər tutulub Törətdikləri cinayətə görə 24 nəfər tutulub

Bir gündə 45 cinayət

Törətdikləri cinayətə görə 24 nəfər tutulub



AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 13 sentyabrda respublikanın daxili işlər orqanları tərəfindən 45 cinayət faktı qeydə alınıb, onların da 20-i "isti izlər"lə açılıb.

Bildirilir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Ölkənin avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 24 nəfər tutulub.

AzNews.az