Xəzər rayonunda 3 nəfəri bıçaqla yaralayan Aqil Əliyev tutulub Xəzər rayonunda 3 nəfəri bıçaqla yaralayan Aqil Əliyev tutulub

Üç qardaşı bıçaqladı

Xəzər rayonunda 3 nəfəri bıçaqla yaralayan Aqil Əliyev tutulub




AzNews.az-ın DİN-in saytına istinadən xəbər verir ki, ötən gün Xəzər rayonunun Qala qəsəbəsində qəsəbə sakini Aqil Əliyev münaqişə zəminində həmyerliləri Əsgər Quliyevə, onun qardaşları Tərlana və Ceyhuna bıçaqla xəsarət yetirib. Əsgərə və Tərlana xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Ceyhunun vəziyyəti ağırdır.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyev saxlanılıb.


AzNews.az