02:18
(077) 610-22-33

Bakıda məşhur avtoritet vəhşicəsinə döyüldü

  • >
5 805 21 Sentyabr 2012 08:51 | Kriminal

Bir neçə gün öncə "Yapon" ləqəbli avtoritet Mustafayev İlya İsmayıl oğlu Ramanıda Quşçuluq Sovxozu adlanan ərazidə - evinin qrşısında, şəxsi avtomobilindən endirilərək, vəhşicəsinə döyülüb. Hadisə Tahir İsmayıl oğlu Əhmədov adlı şəxsin başçılıq etdiyi 10-15 nəfər şəxs tərəfindən həyata keçirilib.

Məlumata görə, "Yapon"la Tahir arasında uzun zamandır düşmənçilik münasibətləri hökm sürür. Onlar arasında dəfələrlə davalar olub, Yapon Tahiri təxminən bir il əvvəl hamının gözü qarşısında amansızcasına döyüb.

Ancaq "Yapon"un qardaşı İntiqam Mustafayevin həbs olunması (hazırda o, Keşlədəki həbsxanada cəza çəkir) Tahirə çoxdankı intiqamını almaq fürsəti verib.

Sonda onu da qeyd edək ki, "Yapon" Naxçıvandan olan kriminal qruplaşma arasında böyük hörmətə malikdir.

S. Xasmamedov
AzNews.az
Bağla X