22:30
(077) 610-22-33

Dünən Azərbaycanda 31 cinayət “isti izlər”lə açılıb

  • >
1 651 3 Mart 2015 12:31 | Kriminal

Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 58 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 24 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 46 nəfər tutulub.
Bağla X