Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 73 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb. Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 73 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb.

Axtarışda olan 23 nəfər tutuldu

Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 73 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 41 nəfər tutulub.