Kürdəmir sakini həmyerlisini odlu silahla qətlə yetirib. Kürdəmir sakini həmyerlisini odlu silahla qətlə yetirib.

Azərbaycanda 21 yaşlı gənc ov tüfəngilə qətlə yetirildi

Kürdəmir sakini həmyerlisini odlu silahla qətlə yetirib.




AZNEWS.AZ APA-ya istiandən xəbər verir ki, Kürdəmir Rayon Polis şöbəsinə Axtaçı-Qarabucaq kəndində odlu silahla qətlə yetirilmiş kişi meyitinin olması barədə məlumat daxil olub.

Hadisə yerinə gedən əməliyyatçılar qətlə yetirilənin 1994-cü il təvəllüdlü kənd sakini Budaqov Neman Hacı oğlunun olduğunu müəyyən ediblər. Kürdəmir Rayon Polis Şöbəsi əməliyyatçılarının keçirdiyi zəruri tədbirlər nəticəsində müəyyən edilib ki, N.Budaqovu əvvəllər dost münasibətində olmuş həmkəndlisi, 1992-ci il təvəllüdlü Bağırov Toğrul Müşfiq oğlu "VAZ-2106" markalı avtomobilinin yük yerində saxladığı ov tüfəngi ilə bir neçə dəfə atəş açaraq qətlə yetirib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.