22:30
(077) 610-22-33

Növbəti “sxodka” - Lotu Quli cəzalandırıldı

  • >
7 995 7 Mart 2015 09:04 | Kriminal

Moskvada "qanuni oğrular" növbəti dəfə bir yerə toplaşıblar.



Vesti.az xəbər verir ki, təcili toplantı kriminal aləmdə kifayət qədər nüfuzu olan "Şakro Molodoy" ləqəbli Zaxar Kalaşovun təşəbbüsü ilə baş tutub. Kriminal aləmin "xaç ataları" 12 nəfəri qanuni oğru titulundan məhrum ediblər. Onların arasında azərbaycanlı Namiq Səlifov da var. Namiq Səlifov hazırda həbsdə olan və Lotu Quli kimi ad çıxaran Nadir Səlifovun kiçik qardaşıdır.

Namiq qanuni oğru adından məhrum edilən yeganə azərbaycanlı deyil, ondan başqa daha iki azərbaycanlı - Rafət Əlibayramlinski təxəllüslü Rafət Əlirza oğlu Əmirov və Ceyhun Gəncinski ləqəbli Ceyhun Nəbi oğlu Əsgərovun da tacları əllərindən alınıb. Azərbaycanlı qanuni oğrulara qarşı bu addımın bir neçə il öncə qətlə yetirilmiş Ded Xasannın qohumlarının və yaxın ətrafının göstərişi ilə atıldığı bildirilir.


Bağla X