22:57
(077) 610-22-33

Axtarışda olan 24 nəfər tutuldu

  • >
1 394 11 Mart 2015 14:10 | Kriminal

Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 89 cinayət faktı qeydə alınmış, onların da 38-i “isti izlər”lə açılıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 24 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 49 nəfər tutulub.
Bağla X