Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 75 cinayət faktı qeydə alınmış, onların da 35-i “isti izlər”lə açılıb. Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 75 cinayət faktı qeydə alınmış, onların da 35-i “isti izlər”lə açılıb.

35 cinayət “isti izlər”lə açıldı

Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 75 cinayət faktı qeydə alınmış, onların da 35-i “isti izlər”lə açılıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 31 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 40 nəfər tutulub.