Gəncə Dövlət Universitetinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. Gəncə Dövlət Universitetinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Kafedra müdirinin işi məhkəmədə – 65 min manatlıq rüşvət

Gəncə Dövlət Universitetinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.



Baş Prokurorluqdan AzNews.az-a verilən məlumata görə, istintaq zamanı Vaqif Rəhimov qeyd edilən universitetin Ekologiya və Təbiəti Mühafizə kafedrasının müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib. O, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə Bakı şəhəri və Ağdaş rayon sakinlərinin övladlarını ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul etdirməyə söz verib.

Etibardan sui-istifadə etmə və aldatma yolu ilə 65 min manat məbləğində özgə əmlakını ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan V. Rəhimov Cinayət Məcəllənin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Vətəndaşlara vurulmuş maddi ziyanın 34 min manatının istintaq müddətində ödətdirilməsi təmin edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.