Martın 7-də Avstraliya vətəndaşı Dunlop Anryuv Rolandı soyan şəxs bu gün tutulub. Martın 7-də Avstraliya vətəndaşı Dunlop Anryuv Rolandı soyan şəxs bu gün tutulub.

Avstraliya vətəndaşını soyan şəxs tutuldu - Bakıda

Martın 7-də Avstraliya vətəndaşı Dunlop Anryuv Rolandı soyan şəxs bu gün tutulub.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, hadisəni Yevlax rayon sakini Namaz Bəkirov törədib.

O, Səbail RPİ 9-cu PB əməkdaşları tərəfindən ələ keçirilib.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş Namaz Bəkirov Rolandın 150 manatını və sənədlərini soyğunçuluq yolu ilə alıb.