Dünən gecə Moskva Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən “qanuni oğru” İslam Edilqiryev (“İslam Bolşoy”) saxlanılıb. Dünən gecə Moskva Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən “qanuni oğru” İslam Edilqiryev (“İslam Bolşoy”) saxlanılıb.

Çeçen “qanuni oğru” Moskvada saxlanıldı

Dünən gecə Moskva Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən “qanuni oğru” İslam Edilqiryev (“İslam Bolşoy”) saxlanılıb.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın NTV telekanalı yayıb.

Məlumata görə, şəxsi axtarış zamanı onun üzərində naməlum maddə ilə dolu bağlama aşkar edilib.

Aparılan ekspertiza nəticəsində bu maddənin heroin qarışığı olduğu məlum olub.


Çeçenistan sakini, 40 yaşlı "qanuni oğru" barəsində cinayət işi başladılıb.

Qeyd edək ki, İslam Edilqiryev daha əvvəl də narkotik maddə satdığına görə həbs olunub.

Aydan
AzNews.az