04:56
(077) 610-22-33

“Sxodka“ya basqın - Kriminal marşal saxlanıldı

  • >
7 346 19 Mart 2015 15:02 | Kriminal

Martın 15-də Soçidə polislər Rusiyanın bir nömrəli “qanuni oğrusu” Şakro Molodoyun iştirakı ilə keçilməli olan “sxodka”ya basqın edib.



AzNews.az xarici mediaya istinadən xəbər verir ki, 61 yaşlı kriminal marşal "Kraynıy Polyana"da otellərdən birində saxlanılıb. Bu zaman Şakronun yanında yerli "qanuni oğru" Tenqiz Dumoyev (Qoço) və nüfuzlu kriminal avtoritet Robson da olub.

Məlumatda bildirilir ki, saxlanma zamanı polis xüsusi təyinatlıları mafiya liderlərinə heç də onların rütbəsinə layiq olmayan tərzdə münasibət göstəriblər. Buna baxmayaraq, rutin yoxlamadan sonra saxlanılanlar azad ediliblər.

Qeyd edək ki, 59 yaşlı Qoço Şakronun ən etibar etdiyi şəxslərdən biridir. Şakro ilə Ded Xasan arasındakı münasibətdə də Qoço həmişə bitərəf mövqedə dayanıb. Buna görə də o, hər iki tərəf arasında nüfuz qazanıb. Şakro kriminal aləmdəki konfliktləri həll etmək üçün məhz belə insanları ətrafına toplamaq istəyir.

Yanvar ayının ortalarında Qoço Şakronun emissarı kimi İstanbulda əks "dedovski" klanın üzvləri – Rövşən Lənkəranski, Kaxa Parpali və Nika İzrailski ilə görüşüb. Nəticədə konfliktə son qoyulmasa da, müəyyən yaxınlaşma baş tutub.

Aydan
AzNews.az
Bağla X