Martın 21-də Sankt-Peterburqda Rusiya DİN Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən 32 yaşlı “qanuni oğru” İrakli Buliskeriya (İka Qalski) saxlanılıb. Martın 21-də Sankt-Peterburqda Rusiya DİN Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən 32 yaşlı “qanuni oğru” İrakli Buliskeriya (İka Qalski) saxlanılıb.

Məşhur “qanuni oğru” saxlanıldı - Kokainlə (VİDEO)

Martın 21-də Sankt-Peterburqda Rusiya DİN Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən 32 yaşlı “qanuni oğru” İrakli Buliskeriya (İka Qalski) saxlanılıb.


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, şəxsi axtarış zamanı onun üzərində 9 qram kokain və onun şəkli ilə Copua soyadına olan pasport tapılıb. Pasportda dəfələrlə xaricə çıxıldığını göstərən çoxsaylı nişanlar da olub. Əgər istintaq İraklinin bütün günahlarını sübut edə bilsə, bu vaxta qədər həbs olunmayan "qanuni oğrunu" ilk və dərhal uzun müddətli "ezamiyyət" gözləyir.

Qeyd edək ki, İrakli Buliskeriya əsasən Qali rayon sakinlərindən ibarət çox qədim və güclü klanın lideridir. Həbsxana təcrübəsinin olmamasına baxmayaraq irsi "qanuni oğru" bu titulunu artıq 15 ildir ki daşıyır. Ölən atası kimi İraklinin daha bir yaxın qohumu Levan da cinayət elitasında yer alır.