Çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilən Azərbaycan vətəndaşının 29 yaşı var Çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilən Azərbaycan vətəndaşının 29 yaşı var

Rusiyada 29 yaşlı azərbaycanlı öldürüldü

Çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilən Azərbaycan vətəndaşının 29 yaşı var



Martın 27-də axşam saatlarında Rusiya Federasiyasının Tver vilayətində taksi sürücüsü işləyən Azərbaycan vətəndaşı bıçaqlanıb.

APA-nın xəbərinə görə, bu barədə Rusiya KİV-ləri Tver vilayətinin hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Çoxsaylı bıçaq zərbələri ilə bıçaqlanan Azərbaycan vətəndaşının kimliyi istintaq tərəfindən müəyyənləşdirilir. Qətlə yetirilənin 29 yaşı var.

Məlumatda həmçinin qeyd olunur ki, qətli törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən yayınıb. Onun istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb.